Premyer Liqa klubundan rekord transfer

14:35 - 7 İyun 2021

İngiltərənin "Aston Villa" klubu heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, Birmingem təmsilçisi "Norviç Siti"nin sağ cinah vingeri Emiliano Buendianı heyətinə qatıb. Premyer Liqa klubu bu keçid üçün 46,5 milyon avro xərcləyib. Bu, "Aston Villa"nın tarixində ən bahalı transfer olub.

 

"Norviç Siti" 24 yaşlı futbolçunu 2018-ci ildə "Xetafe"dən 1,5 milyon avroya transfer etmişdi.

Xəbər xətti