Niderland millisində ciddi itki

16:29 - 8 İyun 2021

Avropa çempionatı öncəsi Niderland millisi ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Donni van de Bek turnirdə iştirak etməyəcək. 24 yaşlı zədə səbəbindən heyətdən çıxarılıb.

 

Niderland millisi Ukrayna, Avstriya və Şimali Makedoniya ilə eyni qrupda yer alıb.

Xəbər xətti