"Mançester Yunayted" "Borussiya"nın futbolçusu Ceydon Sançonun transferini tamamlamağa çalışır.
Sportal.az "Bild"ə istinadla xəbər verir ki, 21 yaşlı vingerlə 5 illik müqavilə təklif olunub. "Qırmızı şeytanlar"ın bu keçid üçün 70-85 milyon avro təzminat ödəmək fikrində olduğu bildirilir. Dortmund təmsilçisi isə məbləği 110 milyon avroya qədər qaldırmaq istəyir.
Tərəflər arasında danışıqlar davam edir.
İngiltərə millisinin üzvü 2017-ci ildə "Mançester Siti"dən "Borussiya"ya 7,84 milyon avroya keçmişdi. 21 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 38 oyunda 16 qol vurub, 21 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi