Türkiyənin “Eyüpspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, 1-ci liqa təmsilçisi Bolqarıstanın “Beroe” klubundan ayrılan Teddi Mezaqeni transfer edib. Fransalı futbolçu “Eyüpspor”un 102 illik tarixinin ilk əcnəbi futbolçusu olub.

 

31 yaşlı müdafiəçinin adı “Neftçi” ilə də hallanırdı.