Azərbaycan millisindən imtina edən futbolçu "Fənərbaxça"da

21:21 - 15 İyun 2021

"Fənərbaxça" yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın "Darmşdadt" klubundan ayrılan Sərdar Dursunu transfer edib. 29 yaşlı hücumçu ilə 3+1 illik müqavilə imzalanıb.

 

Dursun başa çatan mövsüm keçirdiyi 36 oyunda 29 qol vurub, 8 məhsuldar ötürmə edib. O, 2-ci Bundesliqanın bombardiri olub.

 

Sərdar 2020-ci ilin iyulunda Türkiyə mətbuatına açıqlamasında Azərbaycan millisində oynamaq üçün təklif aldığını, lakin dəvəti qəbul etmədiyini söyləmişdi.

Xəbər xətti