"Şaxtyor" 10 milyona futbolçu aldı

11:51 - 20 İyun 2021

Ukraynanın "Şaxtyor" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Donetsk təmsilçisi "Ayaks"ın hücumçusu Lassina Traoreni transfer edib. Bu keçid üçün Amsterdam klubuna 10 milyon avro təzminat ödənilib. Burkina-Faso millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.

 

20 yaşlı futbolçu ötən mövsüm əsas komandada keçirdiyi 18 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə edib.

Xəbər xətti