Türkiyəli futbolçular Bakıda əlbəyaxa dava ediblər

11:24 - 21 İyun 2021

AÇ-2020-nin qrup mərhələsini xalsız başa vuran Türkiyə millisinin düşərgəsində dava olub.

 

Sportal.az xəbər verir ki, Bakıda İsveçrə yığması ilə keçirilən görüşdən 1 gün öncəki son məşqdə futbolçular arasında gərginlik olub.

 

Xəlil Dərvişoğlu ilə Enes Ünal arasında mübahisə əlbəyaxa davaya çevrilib. Komandanın çalışdırıcısı Şənol Günəş hər iki futbolçunu bu səbəbdən İsveçrə ilə qarşılaşmada meydana buraxmayıb.

 

Türkiyə millisi İsveçrəyə Bakı Olimpiya Stadionunda 1:3 hesabı ilə uduzub.

Xəbər xətti