"Qalatasaray"ın yeni prezidenti Fatih Terimlə bağlı qərarı açıqladı

11:30 - 21 İyun 2021

“Qalatasaray”ın yeni prezidenti Burak Elmas klubla müqaviləsi bitən Fatih Terimlə bağlı qərarı açıqlayıb.
 

Sportal.az xəbər verir ki, o, təcrübəli mütəxəssisin vəzifəsində qalacağını deyib: 
 
“Müqavilə, təqdimat mərasimi kimi proseslərə itiriləcək bir dəqiqə də vaxtımız yoxdur. “Qalatasaray”ın baş məşqçisi Fatih Terimdir. Görüşdük, razılaşdıq, sabahdan etibarən evimizdə - Floryada komandanı məşqə çıxaracaq. Görüləcək çox işimiz var. Birlikdə çox şey bacaracağıq”.

Xəbər xətti