Sərgən Yalçın Türkiyə millisində?

11:40 - 21 İyun 2021

Avropa çempionatındakı uğursuz çıxışdan sonra Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Şənol Günəşlə yollarını ayırmaq istəyir.

 

Sportal.az xəbər verir ki, baş məşqçi postuna əsas namizəd ötən mövsüm "Beşiktaş"ı Super Liqada çempion etmiş Sərgən Yalçındır.

 

Federasiyadan 48 yaşlı mütəxəssislə əlaqə saxlanılıb və "Beşiktaş"la yeni müqavilə imzalamaq üçün tələsməməyi tövsiyə ediblər. Bu səbəbdən Sərgən Yalçın "qara qartallar"ın prezidenti Ahmet Nur Çebi ilə görüşünü təxirə salıb və federasiyadan yekun qərar gözləyir.

Xəbər xətti