Polşa klubu Kintananın transferini açıqladı

15:33 - 24 İyun 2021

"Qarabağ"ın keçmiş futbolçusu Dani Kintananın Polşa "Yagelloniya"sına keçidi rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, ispan yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, komandada 77 nömrəli forma ilə çıxış edəcək.

 

Kintana 2015-2020-ci illərdə Ağdam təmsilçisində çıxış edib. Daha sonra  o, Çinin birinci liqa təmsilçisi  "Çendu Better Siti"yə transfer olunub.

 

Dani 2013-2015-ci illərdə də "Yagelloniya"da oynayıb.

Xəbər xətti