“Neftçi”nin futbolçusu Namik Ələsgərov Sloveniyanın “Domjale” komandasına qarşı keçirdikləri yoxlama oyunundan (1:2) sonra fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, Ələsgərov klubun televiziyasına açıqlamasında bunları deyib:
“Yoxlama oyunu olsa da, istəyirdik qələbə qazanaq. Alınmadı. Əsas odur ki, oyunumuzu yaxşılaşdıraq. Qarşıda bir yoxlama oyunumuz var. Çalışacağıq ki, yaxşı performans göstərək. Əsas olan Tbilisidəki “Dinamo” ilə matçdır. Bu oyuna tam hazır olmaq lazımdır. İnanıram ki, hər şey qaydasına düşəcək”.
“Neftçi” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də Gürcüstanda “Dinamo” ilə qarşılaşacaq. Komandalar arasındakı cavab matçı iyulun 14-də Bakıda olacaq.
saytlarin hazirlanmasi