Yoxlama görüşündə zədələnən "Neftçi"nin legioneri Sabir Buqrinin durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, bu barədə sportinfo.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev danışıb.
Klubun sözçüsü bildirib ki, belçikalı yarımmüdafiəçinin müalicəsi 1 həftə çəkəcək. Yalnız bundan sonra o komandaya qoşula biləcək.
Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Sloveniyadan "Domjale" ilə yoxlama matçında (1:1)erkən əvəzlənib.
Qasıq nahiyyəsində ağrıları olan 25 yaşlı oyunçu görüşün 37-ci dəqiqəsində meydanı tərk edib. Onun əvəzinə oyuna Ömər Buludov daxil olub.
Qarşılaşmada "Neftçi" rəqibinə 1:2 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi