"Neftçi" sonuncu oyununu Avstriyada keçirəcək

01:08 - 26 İyun 2021

“Neftçi”nin təlim-məşq toplanışının ikinci mərhələsi çərçivəsində keçirəcəyi sonuncu yoxlama matçının məkanı və başlanma saatı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Rusiyanın “Spartak” (Moskva) klubu ilə görüş iyunun 29-da Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

 

Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan komanda iyunun 21-də Sloveniyanın “Olimpiya” (1:1), 24-də isə “Domjale” (1:2) klubları ilə qarşılaşıb.

Xəbər xətti