"Qalatasaray" heyətini gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi TFF 1-ci liqa təmsilçisi "Keçiörengücü"nün hücumçusu Barış Alper Yılmazı transfer edib. Ankara təmsilçisinin prezidentu Sedat Tahiroğlu "Qalatasaray"la razılığa gəldiklərini açıqlayıb.
"Sarı-qırmızılar" bu keçid üçün 1,5 milyon avro ödəyəcək və qarşı tərəfə bir futbolçusunu verəcək.
21 yaşlı hücumçu ötən mövsüm keçirdiyi 34 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi