"Trabzonspor"da qvineyalı hücumçu

00:00 - 28 İyun 2021

"Trabzonspor" növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi "Kasımpaşa"dan ayrılan Beqali-Fode Koytanı heyətinə qatıb. Qvineyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

 

30 yaşlı forvard ötən mövsüm Super Liqada keçirdiyi 13 oyunda 4 qol vurub. Koyta "Kasımpaşa"ya 2016-cı ildə İngiltərənin "Bləkbörn" klubundan keçmişdi.

Xəbər xətti