Türkiyə millisinin üzvü La Liqa klublarının hədəfində

17:48 - 28 İyun 2021

"Beşiktaş"la müqaviləsi başa çatan Dorukhan Toköz karyerasını İspaniyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin üzvü ilə "Real Betis"lə "Qranada" klubları maraqlanır. Növbəti həftə Dorukhanın Əndəlüsiya klublarından birinə keçəcəyi gözlənilir.

 

25 yaşlı yarımmüdafiəçi ötən mövsüm keçirdiyi 37 oyunda 3 məhsuldar ötürmə edib.

Xəbər xətti