"Liverpul"un keçmiş futbolçusu "Fənərbaxça"da

00:54 - 30 İyun 2021

"Fənərbaxça" heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Alanyaspor"dan ayrılan Stiven Kokeri transfer edib. İngilis futbolçu tibbi müayinədən keçdikdən sonra "sarı-lacıvərdlilər"lə müqavilə imzalayacaq.

 

Koker İngiltərədə "Tottenhem", "Suonsi Siti", "Sauthempton", "Liverpul" kimi klublarda çıxış edib. 29 yaşlı müdafiəçi 2019-cu ildən "Alanyaspor"da oynayırdı.

Xəbər xətti