İngiltərənin “Lester Siti” klubu yeni transferini açıqlayıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Zalsburq”un hücumçusu Patson Dakanı transfer edib. Zambiyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. "Tülkülər" bu keçid üçün 23 milyon funt-sterlinq təzminat ödəyib.
22 yaşlı forvard ötən mövsüm keçirdiyi 42 oyunda 34 qol vurub, 12 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi