"Neftçi"nin Çempionlar Liqasındakı rəqibi 1,5 milyona futbolçu satdı

17:29 - 30 İyun 2021

"Neftçi"nin Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Tbilisi "Dinamo"sunda ayrılıq reallaşıb.

 

Sportal.az xəbər verir ki, Gürcüstan klubu yarımmüdaifçisi Luka Qaqnidzeni Moskva "Spartak"ına satıb. Premyer Liqa təmsilçisi 18 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalayıb. Bu keçid moskvalılara 1,5 milyon avroya başa gəlib.

 

"Neftçi" ilə "Dinamo" arasındakı ilk matç iyulun 7-də Tbilisidə, cavab oyunu 1 həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti