“Neftçi”nin kapitanı Emin Mahmudov “Spartak”a qarşı keçirdikləri yoxlama matçından sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, o, keçmiş komandasına qarşı çıxışı barədə danışıb: “Spartak”a qarşı oynamaq həmişə xoş olub. Məmnunam ki, bir yerdə çıxış etdiyim futbolçulardan burada qalanlar var. Onlarla görüşmək xoş oldu. Artyom Rebrov, İlya Kutepovla söhbət etdik. “Spartak”da oynamaq xoş idi. Təəssüf ki, orada çox qala bilmədim. Amma bu, futboldur. Belə bir böyük komandada oynamaq şansı qazanmağımı və klubu yalnız yaxşı hisslərlə xatırlayıram. Hamıya salam deyirəm. Bəzi fanatlar hərdən məni yada salırlar”.
Mahmudov 2011-13-cü illərdə müqavilə ilə "Spartak"ın futbolçusu olub
saytlarin hazirlanmasi