Super Liqada azarkeşlərə "yaşıl işıq"

11:00 - 1 İyul 2021

Türkiyə Super Liqasında yeni mövsümün oyunlarına azarkeşlər də buraxılacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. O bildirib ki, yeni mövsüm qarşılaşmalara məhdud sayda azarkeş buraxılacaq.

 

Türkiyə Super Liqasında ötən mövsümün oyunları koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilib.

Xəbər xətti