Mario Balotelli Türkiyə klubunda

17:17 - 4 İyul 2021

Türkiyə Super Liqasına vəsiqə qazanan "Adana Dəmirspor" klubu heyətini gücləndirməkdə davam edir.

 

Sportal.az xəbər verir ki, debütant azad agent statusu daşıyan İtaliya millisinin keçmiş futbolçusu Mario Balotelli ilə razılığa gəlib. 30 yaşlı hücumçu Tezliklə Türkiyəyə gəlib tibbi müayinədən keçəcək.

 

Balotelli son olaraq İtaliya B Seriya təmsilçisi "Montsa"da oynayıb. İntizamsız futbolçu kimi ad çıxaran forvard aşağı liqada keçirdiyi 14 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə edib.

 

"Adana Dəmirspor" bundan öncə mərakeşli yarımmüdafiəçi Yunes Belhanda və konqolu hücumçu Britt Assombalonqanı transfer edib.

Xəbər xətti