“Neftçi”nin futbolçusu Voyislav Stankoviç Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Dinamo”(Tbilisi) ilə oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, serbiyalı futbolçu matçla bağlı fikirlərini bildirib:
- Bilirik ki, sabah bizi yaxşı rəqib gözləyir. Oyuna yaxşı hazırlaşmışıq. “Dinamo”nu analiz etmişik. Ümidvarıq ki, sabah biz meydana çıxıb öz yaxşı oyunumuzu göstərib, qələbə üçün oynayacağıq.
- Kaxaber Sxadadzenin Azərbaycan futbolunu tanıması bu cütün taleyinə nə dərəcədə təsir edə bilər?
- “İnter”də onunla işləmişəm. O, baş məşqçim olub. Kaxaber Azərbaycan futbolunu çox yaxşı bilib. Bilirəm ki, o, futbolçulardan nə tələb edir. Bizi sabah maraqlı oyun gözləyir. “Neftçi” sabah meydana öz səviyyəsini göstərmək üçün hər şeyə hazırdı. “Neftçi” Azərbaycan çempionu olub, səviyyəmizi göstərəcəyik. Azərbaycana qələbə ilə qayıdacağımıza ümidvaram.
- “Neftçi”də müdafiə xəttində dəyişikliklər oldu. Bu, komandanın müdafiəsi baxımından çətinliklər yarada bilər?
- Bizim bəzi dəyişikliklər var. Toplanışda olmuşduq, yoxlama matçları oynadıq. Ən yaxşı şəkildə hazırlaşmışıq. Biz sabahkı oyunda meydana öz yaxşı oyunumuzu oynamağa çalışacağıq, ümidvaram ki, bizdə hər şey yaxşı alınacaq.