Mario Balotellinin Türkiyəyə gəliş tarixi

22:14 - 6 İyul 2021

Türkiyə Super Liqasına vəsiqə qazanan "Adana Dəmirspor" klubu heyətini gücləndirməkdə davam edir.

 

Sportal.az xəbər verir ki, debütant azad agent statusu daşıyan İtaliya millisinin keçmiş futbolçusu Mario Balotelli ilə 3 illik razılığa gəlib. 30 yaşlı hücumçu iyulun 7-də tibbi müayinədən keçmək üçün Türkiyəyə yollanacaq.

 

Balotelli son olaraq İtaliya B Seriya təmsilçisi "Montsa"da oynayıb. İntizamsız futbolçu kimi ad çıxaran forvard aşağı liqada keçirdiyi 14 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə edib.

 

"Adana Dəmirspor" bundan öncə mərakeşli yarımmüdafiəçi Yunes Belhanda və konqolu hücumçu Britt Assombalonqanı transfer edib.

Xəbər xətti