Şənol Günəşin millidəki taleyinə aydınlıq gələcək

22:42 - 6 İyul 2021

AÇ-2020-də uğursuz çıxış edən Türkiyə millisinin baş məşqçisi Şənol Günəşin mətbuat konfransı baş tutacaq.

 

Sportal.az xəbər verir ki, 69 yaşlı mütəxəssis iyulun 8-də media mənsublarının suallarını cavablandıracaq. Təcürbəli mütəxəssisin millinin baş məşqçi postunda qalıb-qalmayacağı həmin gün bilinəcək.

 

Şənol Günəş 2019-cu ildən yığmanı çalışdırır. Türkiyə millisi Avropa çempionatının qrup mərhələsində keçirdiyi 3 oyunda uduzub.

Xəbər xətti