"Beşiktaş" ulduz futbolçu ilə ilkin razılığa gəldi

23:56 - 6 İyul 2021

Türkiyə çempionu "Beşiktaş" heyətini gücləndirmək üçün axtarışlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, istanbul təmsilçisi Çinin "Jianqsu Sanin" klubundan ayrılan Aleş Teyşera ilə böyük ölçüdə razılaşıb. "Qara qartallar" 31 yaşlı hücumameyilli yarımmdüfiəçi ilə 2 illik kontrakt üçün əl sıxıb. Onun illik maaşı 2,5 milyon avro olacaq.

 

Braziliyalı futbolçu 1,5 milyon avro imza pulu da istəyib və Super Liqa çempionu buna razılaşıb. 

 

Teyşera 2016-cı ildə Donetsk "Şaxtyor"undan 50 milyon avro qarşılığında Çin klubuna getmişdi.

Xəbər xətti