“Beşiktaş” 4 futbolçu ilə müqavilə imzaladı

11:25 - 7 İyul 2021

Türkiyənin “Beşiktaş” klubu 4 futbolçusu ilə müqaviləni uzadıb.

 

Sportal.az "qara qartallar"ın rəsmi saytına istinadən xəbər verir ki, .son çempion Atiba Hatçinson, Necip Uysal, Gökhan Töre və Utku Yuvakuran ilə yeni müqavilə bağlayıb. Hatçinson və Töre 1, Uysal 2, Yuvakuran isə 3 illik sözləşməyə imza atıb.
 

Qeyd edək ki, kanadalı yarımmüdafiəçi Atiba Hatçinson 2013-cü ildən “Beşiktaş”da çıxış edir. Necip Uysal “Beşiktaş”ın öz yetirməsidir. 30 yaşlı futbolçu karyerası ərzində yalnız “qara qartallar”ın uğurları üçün çalışıb. Gökhan Töre ötən ilin yayından “Beşiktaş”da oynayır. O, 2013-2019-cu illərdə də İstanbul təmsilçisində çıxış edib. 23 yaşlı qapıçı Utku Yuvakuran isə 2016-cı ildən “Beşiktaş”dadır.

Xəbər xətti