"Neftçi" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Tbilisidə "Dinamo"nun qonağı olub. Görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Sportal.az futbolpress.az-a istinadən xəbər verir ki, Boris Payçadze adına "Dinamo Arena"da keçirilən qarşılaşmadan sonra gərginlik yaşanıb. Komandanın məğlubiyyətini həzm edə bilməyən azarkeşlərdən biri klub rəhbərliyinin yer aldığı tribunaya gələrək etirazını bildirib. Rəhbərliyin yer aldığı ərazidə oturan şəxslərdən biri azarkeşlə mübahisə etməyə başlaylb. Həmin şəxsin kimliyini dəqiqləşdirmək mümkün olmayıb.
Baş verən qalmaqalın videosunu təqdim edirik...
saytlarin hazirlanmasi