“Neftçi”nin bu mövsüm ilk oyunu oldu. Komandada hələ anlaşılmazlıq var".
Bu fikirləri Sportal.az-a verdiyi açıqlamada Şahin Diniyev səsləndirib. "Dinamo" - "Neftçi" matçını dəyərləndirən təcrübəli mütəxəssis hələ cütün taleyinin həll olunmadığını bildirib:
“Neftçi”nin Tbilisidə qalib gəlməsi müsbət məqamdır. Cütün taleyi həll olunmayıb. Artıq səfər qolu qaydası da ləğv edilib. Səfərdə 2 qol vurmaq yaxşı göstəricidir. Bu qayda qalsaydı, şanslar kəskin şəkildə “Neftçi” tərəfdə olacaqdı. İkinci oyun çətin olacaq. Cütün taleyi Bakıda həll olacaq.
Diniyev "Neftçi"nin müdafiəsində olan boşluqlardan da danışıb:
“Neftçi”nin müdafiəsində kobud səhvlər oldu, böyük boşluqlar var. Mövsümün ilk oyunudur. Müəyyən həyəcan da ola bilər. “Dinamo” da sıradan rəqib deyil. “Neftçi”də boşluqlar var. Cütün taleyi hələ həll olmayıb. “Dinamo”nun da qol epizodları oldu. “Neftçi”nin üstünlüyü var. Bərabər səviyyəli komandalardır və hansınınsa açıq-aşkar üstün komanda olduğunu demək çətindir. İlk oyun bunu göstərdi.
“Dinamo” əvvəlki komanda deyil. Sanki “Neftçi”yə qarşı çox arxayın oynayırdılar. “Neftçi” də öz sözünü kəsərli hücumlarda dedi. “Dinamo” o qədər də yüksək səviyyəli komanda olduğunu göstərmədi”.
saytlarin hazirlanmasi