Onyekuru "Qalatasaray"la vidalaşdı FOTO

13:24 - 8 İyul 2021

"Qalatasaray"ın nigeriyalı futbolçusu Henri Onyekuru klubdan ayrılıb. 

 

Sportal.az xəbər verir ki, 24 yaşlı vinger sosial şəbəkədə etdiyi paylaşımla "cim bom"a vida edib. O, baş məşqçi Fatih Terimlə fotosunu paylaşaraq "Hər şey üçün təşəkkürlər və uğurlar" yazıb.

 

Qeyd edək ki, Onyekuru 2018-2019-cu illər mövsümündə və son iki mövsümün ikinci yarılarında icarə əsasında "Qalatasaray"da çıxış edib. O, "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 55 oyunda 20 qol vurub.

Xəbər xətti