Van Qal Niderland millisinə qayıdır

21:21 - 8 İyul 2021

Avropa çempionatındakı uğursuz çıxışdan sonra Frank de Buru istefaya göndərən niderland millisində yeni baş məşqçi müəyyənləşmək üzrədir.

 

Sportal.az xəbər verir ki, "narıncılar"ı bundan sonra Lui van Qal çalışdıra bilər. Niderland Futbol Federasiyası 69 yaşlı mütəxəssislə uğurlu danışıqlar aparıb.

 

Van Qal 2000-2002 və 2012-2014-cü illərdə millidə baş məşqçi olub.

Xəbər xətti