"Trabzonspor" Lukaku üçün təklif yolladı

22:00 - 8 İyul 2021

Türkiyənin "Trabzonspor" klubu heyətini gücləndirməkdə davam edir.

 

Sportal.az xəbər verir ki, "bordo-mavilər" İtaliyanın "Latsio" klubunun müdafiəçisi Cordan Lukakunu heyətinə qatmaq istəyir. Super Liqa təmsilçisi Roma klubuna belçikalı futbolçunun keçidi üçün təklif göndərib.

 

"Latsio"nun yeni baş məşqçisi Maurisio Sarri 26 yaşlı futbolçunu gələcək planlarında görmür. Bu səbəbdən A Seriya təmsilçisi sol cinah müdafiəçisini satmağa hazırdır.

 

Belçika millisində oynamış futbolçu ötən mövsümü icarə əsasında "Antverpen"də keçirib. O, "İnter"in hücumçusu Romelu Lukakunun qardaşıdır.

Xəbər xətti