"Adana Dəmirspor"un yeni sürprizi: David Luis

22:45 - 8 İyul 2021

Türkiyənin "Adana Dəmirspor" klubu daha bir səs-küy yaradacaq transferə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Super Liqaya vəsiqə qazanan klub "Arsenal"dan ayrılan David Luisə 2 illik müqavilə təklif edib. "Mavi şimşəklər" braziliyalı futbolçunun qərarını gözləyir.

 

Braziliya millisinin üzvü olmuş 34 yaşlı futbolçu "Benfika", "Çelsi", PSJ kimi klublarda da çıxış edib.

 

"Adana Dəmirspor" bundan öncə mərakeşli yarımmüdafiəçi Yunes Belhanda, konqolu hücumçu Britt Assombalonqanı və italiyalı forvard Mario Balotellini transfer edib.

 

Xəbər xətti