"Beşiktaş" ispaniyalı futbolçunu saxlamadı

22:55 - 8 İyul 2021

"Beşiktaş" "Atletiko"dan satın alma şərti ilə icarəyə götürdüyü Fransisko Monteronun transfer hüququna yiyələnməyib.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Sərgən Yalçın ispaniyalı müdafiəçini gələcək planlarında görməyib. Bu səbəbdən İstanbul təmsilçisi 22 yaşlı futbolçu ilə yollarını ayırıb.

 

Montero "qara qartallar"da 17 oyun keçirib. O, müqavilə ilə məxsus olduğu Madrid "Atletiko"suna dönüb.

Xəbər xətti