Yunanıstan mətbuatı "Neftçi"dən yazdı: "Ehtiyatlı və təhlükəli komandadı"

12:42 - 9 İyul 2021

"Yunanıstan" mediası "Neftçi"nin Tbilisi "Dinamo"su ilə keçirdiyi oyunu (2:1) təhlil edib.

 

Sportal.az xəbər verir ki, yunanlar təmsilçimizi təhlükəli komanda adlandırıb:

 

"Neftçi" ehtiyatlı və təhlükəli komandadır. İlk dəqiqələrdən topa sahib olmağı xoşlayırlar. Topu itirdikdə isə dərhal tam gücləri ilə pressinq etmirlər ki, boşluq buraxmasınlar. Azərbaycan komandası sürətli və cəld oyuna üstünlük verir. "Neftçi" həqiqətən təhlükəli komandadır. Qapıya vurduqları 6 zərbədən ikisini qolla nəticələndirə bildilər. Buna görə də "Neftçi" qarşıdakı oyun öncəsi böyük üstünlük qazanıb".

 

Sonda isə yunan mətbuatı "Olimpiakos"un baş məçqisi Pedro Partinsin cavab görüşündən sonra hər iki komanda haqda daha ətraflı məlumata sahib olacağını qeyd edib: "Böyük ehtimalla Pedro Martins ilk oyunda kitabçasına yeni detallar qeyd edib. Amma təbii ki, "Neftçi" və "Dinamo" arasında keçiriləcək cavab oyunundan sonra portuqaliyalı mütəxəssis komandalar haqda daha geniş məlumata sahib olacaq. Ən əsası rəqib dəqiqləşəndən sonra "Olimpiakos" ilk rəsmi matçına daha çox diqqət ayıracaq".

Xəbər xətti