"Səbail" yeni transferi açıqladı

17:11 - 9 İyul 2021

“Səbail” yeni futbolçu transfer edib.

 

Sportal.az xəbər verir ki, müdafiəçi Cabir Əmirli ilə növbəti mövsümün sonuna kimi müqavilə imzalanıb.24 yaşlı futbolçu yeni komandasında heyətində 6 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, futbolçu daha öncə “Keşlə” və “Neftçi” klublarında çıxış edib. Bu ilin yanvarından mövsümün sonunadək icarə əsasında “Sumqayıt”da çıxış edən futbolçu 2021/2022-ci il mövsümündə “Səbail”in uğurları üçün çalışacaq.

 

Xatırladaq ki, Sportal.az daha əvvəl bu transfer haqda xəbər verimişdi. http://sportal.az/news/126628

Xəbər xətti