Emre Belözoğlu Türkiyə millisinə qayıtdı

17:38 - 10 İyul 2021

Türkiyə milli komandasının sabiq futbolçusu Emre Belözoğlu yenidən yığmaya qayıdıb.

 

Sportal.az xəbər verir ki, keçmiş futbolçu məşqçi kimi çalışacaq. O, baş məşqçi Şenol Günəşin köməkçisi kimi fəaliyyət göstərəcək. Bu barədə məlumatı NTV Spor yayıb.

 

Qeyd edək ki, Emre Belözoğlu 2000-2019-cu illər ərzində Türkiyə milli komandasının şərəfini qoruyub. O, meydana çıxdığı 101 qarşılaşmada 9 qol vurmağı bacarıb.

Xəbər xətti