"Beşiktaş"da yeni hücumçu

18:18 - 11 İyul 2021

Türkiyə çempionu "Beşiktaş" növbəti transferini bitirib.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" Türkiyə millisinin üzvü Kənan Karamanla 3 illik razılığa gəlib. 27 yaşlı hücumçu tezliklə İstanbul gəlib tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq.

 

Kənan son klubu Almaniya Bundesliqa təmsilçisi "Fortuna" olub. Karaman Almaniyada "Hoffenhaym" və "Hannover" klublarında da forma geyinib.

 

Forvard ötən mövsüm Düsseldorf təmsilçisində keçirdiyi 29 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti