"Beşiktaş"ın idarə heyətində yer alan Erdan Torunoğulları "Sevilya"nın hücumçusu Luk de Yonqu transfer etmək istədiklərini açıqlayıb.
Sportal.az xəbər verir ki, o, İspaniya mətbuatında açıqlamasında Niderland millisinin üzvünün keçidi üçün çalışdıqlarını bildirib:
"Bəli, Luk de Yonqu istəyirik, doğru məlumatdır. Bu keçidi bitirə bilərik mi? Bəzi şərtlərdən asılıdır. İcarəyə götürə bilərik, transferi də mümkün görünür".
"Sevilya" 30 yaşlı hücumçunu 2019-cu ildə PSV-dən 12,5 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi