"Adana Dəmirspor" 37 yaşlı futbolçunu transfer edir

20:47 - 12 İyul 2021

Türkiyənin "Adana Dəmirspor" klubu daha transferə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Super Liqaya vəsiqə qazanan klub "Lill"lə sözləşməsi başa çatan Joze Fonteyə müqavilə təklif edib. "Mavi şimşəklər" portuqaliyalı futbolçunun qərarını gözləyir.

 

Məlumata görə, tərəflər ilkin razılığa gəliblər. 37 yaşlı oyunçunun tezliklə Türkiyəyə gəlib, müqavilə imzalayacağı gözlənilir.

 

Portuqaliya millisinin üzvü olmuş futbolçu "Benfika", "Kristal Pelas", "Sauthempton", "Vest Hem" kimi klublarda çıxış edib.

 

"Adana Dəmirspor" bundan öncə mərakeşli yarımmüdafiəçi Yunes Belhanda, konqolu hücumçu Britt Assombalonqanı və italiyalı forvard Mario Balotellini transfer edib.

Xəbər xətti