Şimali Makedoniya millisinin üzvü "Fənərbaxça" yolunda

21:49 - 12 İyul 2021

"Fənərbaxça" heyətini gücləndirmək üçün transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Lids"lə müqaviləsi başa çatan sol cinah futbolçusu Yezqan Alioskini heyətinə cəlb istəyir. Şimali Makdeoniya millisinin üzvü ilə ilkin danışıqlar uğurlu nəticələnib.

 

Alioski ötən mövsüm keçirdiyi 29 oyunda 3 qol vurub. "Lids" şimali makdeoniyalı futbolçunu 2017-ci ildə İsveçrənin "Luqano" klubundan 2,5 milyon avroya transfer etmişdi.

Xəbər xətti