Çempionatın bombardiri "Səbail"də oynayacaq

16:12 - 14 İyul 2021

Ötən mövsüm “Turan Tovuz”un heyətində Azərbaycan birinci divizionunda bombardir adını qazanmış Vidadi Cəfərovun yeni mövsümə hansı komandada başlayacağı dəqiqləşib.

 

Sportal.az saytının məlumatına görə, forvard müqavilə ilə məxsus olduğu “Səbail”də oynayacaq.

 

Hazırda zədəli olan forvardın avqustda məşqlərə başlayacağı gözlənilir. Xatırladaq ki, Cəfərov ötən mövsüm 18 qolla birinci divizionun bombardiri adını qazanmışdı.

Xəbər xətti