“Neftçi”nin yeni transferləri “Olimpiakos”la oyunlar üçün sifariş olundu

00:27 - 20 İyul 2021

“Neftçi” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstanın “Olimpiakos” klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

 

Sportal.az xəbər verir ki, siyahıda 24 futbolçu yer alıb. Komandanın yeni transferləri – Huqo Basto ilə Romen Bask da “Olimpiakos”la oyunlara sifariş olunub.

 

Qapıçılar: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbəzadə;

 

Müdafiəçilər: 3. Mamadu Mbodj, 4. Huqo Basto, 6. Voyislav Stankoviç, 14. Romen Bask, 20. Mert Çelik, 26. Ömər Buludov;

 

Yarımmüdafiəçilər: 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Suares, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 24. Yusuf Laval, 27. Fərid Yusifli, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov;

 

Hücumçular: 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov.

 

Bu komandalar arasında ilk oyun iyulun 21-də Yunanıstanda keçiriləcək. Həmin oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Cavab görüşü isə iyulun 28-də Bakıda baş tutacaq. 8-ci km stadionunda keçiriləcək oyunun start fiti saat 21:00-da səslənəcək.

Xəbər xətti