Sabiq "Qarabağ"lı "Everton"a keçdi

10:56 - 21 İyul 2021

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, təcrübəli "əlcək sahibi" "Everton"a transfer olub. 34 yaşlı qolkiper ilə 1+1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, son klubu "Bornmut" olan Beqoviç daha əvvəl "Stok Siti", "Çelsi", "Milan" kimi klublarda oynayıb.

 

Xatırladaq ki, Asmir Beqoviç 2019-2020-ci il mövsümünün ilk yarısını "Qarabağ"da keçirib.

Xəbər xətti