Namiqin ağır xəsarət aldığı epizod - VİDEO

00:18 - 22 İyul 2021

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Olimpiakos”un qonağı olan “Neftçi” ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın futbolçusu Namiq Ələsgərov ilk hissənin sonlarında xəsarət alıb. Görüşün 43-cü dəqiqəsində rəqib futbolçusu Medi Kamara hücumçuya qarşı kobud oynayıb.

 

Burnundən zədə alan Ələsgərov qan içində meydanı tərk edib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub. "Olimpiakos"un qolunu vuran Kamara isə qırmızı vərəqə alıb.

 

Xəbər xətti