Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Olimpiakos"la oyunda zədələnən "Neftçi"nin futbolçusu Namik Ələskərovun durumu ciddidir.
Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abvasov mətbuat konfransında deyib. Onun sözlərinə görə, 26 yaşlı hücumçunun burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqları var:
"Çox üzücü xəbərdir. Bu cür oyunçunun zədə alması bizə, futbolçularımıza pis təsir etdi. Cavab görüşünü onun üçün oynayacağıq".
Namiq zədə səsəbindən iyulun 28-də Bakıda keçiriləcək cavab görüşünü buraxacaq.
saytlarin hazirlanmasi