Namik Ələsgərov: "Hər şey yaxşıdı" - FOTO

11:22 - 22 İyul 2021

"Neftçi"nin futbolçusu Namik Ələsgərov Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin "Olimpiakos"la oyununda zədələnərək meydanı tərk etməli olub.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bununla bağlı instaqramda paylaşım edib. Öz fotosunu paylaşan futbolçu "Hər şey yaxşıdır. Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm" şərhini yazıb.

 

Qeyd edək ki, Namik Ələsgərov qarşılaşmanın 43-cü dəqiqəsində Məhəmməd Kamaranın kobud oyunu nəticəsində zədələnib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub.

 

 

"Olimpiakos" - "Neftçi" matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Xəbər xətti