"Olimpiakos"un futbolçusu Namik Ələskərovdan üzr istədi - FOTO

17:15 - 22 İyul 2021

"Olimpiakos"un futbolçusu Məhəmməd Kamara "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərovdan üzr istəyib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı oyunçu instaqram səifəsində paylaşım edib. O, "Dünənki hərəkətə görə bağışla, qardaşım. Ümid edirəm hər şey qaydasındadı" şərhini yazıb.

 

Qeyd edək ki, "Olimpiakos" - "Neftçi" (1:0) matçının 43-cü dəqiqəsində Kamaranın kobud oyunu nəticəsində Namik Ələskərov zədələnərək meydanı tərk etmişdi. 26 yaşlı futbolçunun çənəsində və burnunda sınıqlar aşkar edilib.

 

Xəbər xətti