Bundesliqadan Premyer Liqaya keçdi

17:57 - 22 İyul 2021

İngiltərənin "Everton" klubu heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Leverkuzen "Bayer"indən Demaray Qreyi transfer edib. 25 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Liverpul klubu bu transfer üçün Bundesliqa təmsilçisinə 2 milyon avro təzminat ödəyib.

 

Qrey bu mövsüm "Everton"un 3-cü transferidi. Rafael Benitesin rəhbərlik etdiyi komanda daha əvvəl Andros Tounsend və Asmir Beqoviçi transfer edib.

Xəbər xətti