"Tottenhem" "Atalanta"nın qapıçısı Pyerluici Qollinini icarəyə götürüb.

 

Sportal.az xəbər verir ki, italiyalı qolkiperlə 1 illik müqavilə imzalanıb. London təmsilçisi 26 yaşlı əlcək sahibi 15 milyon avroya transfer etmək hüququna sahibdir.

 

Qollini ötən mövsüm keçirdiyi "A32 matçda 32 qol buraxıb, 13 oyunda qapısını toxunulmaz saxlayıb.